sedanews.az
sedanews.az

Saxta qazi çirkabı

14-01-2022, 16:45 282 dəfə baxılıb

                                                            Saxta qazi çirkabı 



Qazi adından sui-istifadə halları ciddi narahatlıq doğurur
Azərbaycanda müəyyən adlar, titullar var ki, cəmiyyətdə bir dəyər kimi qiymətləndirilir, onlara ehtiram göstərilir. Qarabağ müharibəsi qaziləri, şəhid ailələri və müharibə əlilləri kimi... Bəzi saxtakarlar da var ki, dövlət qurumları və ictimaiyyət arasında Qarabağ qazilərinə göstərilən hörmətdən sui-istifadə edərək, qanunsuz əməllərinə göz yumulmasını tələb edirlər. Elə haqqında danışacağımız bu şəxslər də. Ötən gün özünü Vətən müharibəsi qazisi kimi təqdim edən bir qrup şəxs Daxili İşlər Nazirliyinin qarşısında mediaya açıqlama verib. Dırnaqarası qazilər polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldıqlarını iddia ediblər. Onların sözlərinə görə, onlayn yemək çatdırma xidməti həyata keçirdikləri üçün gecə 12-dən sonra da fəaliyyət göstərdiklərindən Sabunçu rayonunda yerləşən obyektlərində 4 nəfər işçi olub. Polislər obyektə daxil olub və həmin şəxsləri döyüblər. İddiaya görə, döyülənlər arasında Vətən müharibəsi iştirakçısı da olub.
Məsələ ilə əlaqədar aidiyyəti qurum olan Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlum hadisəyə aydınlıq gətirdi. Elşad Hacıyevin sözlərinə görə, vətəndaşların təzyiqə məruz qalması ilə bağlı iddialar araşdırılacaq. Elşad Hacıyev bildirdi ki, özünü qazi kimi təqdim edən Orxan İmanov baxış keçirilərkən obyektdə olmayıb. Bu şəxs bir neçə obyektlərdə qazi adı altında “qazilərin obyektidir”, “qazilərin iş yeridir” deyərək havadarlıq edir. Dəfələrlə bu şəxslə profilaktik söhbətlər aparılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejiminə görə obyektlər gecə saat 12-dək fəaliyyət göstərirlər. Lakin Sabunçu rayonunda fəaliyyət göstərən həmin obyekt qaydaları pozub və gecə saat 04-ə qədər işləyib. Ərazidə olan polis əməkdaşları da öz xidməti vəzifələrini yerinə yetirərək daxil olan məlumat əsasında tam qanuni olaraq obyektə baxış keçiriblər. Bu, məsələnin bir tərəfi. Başqa prizmadan baxsaq, bizi əsl narahat etməli mövzü özünü hər vəchlə qazi kimi qələmə verməyə çalışan sözügedən şəxslərin əsl kimliyidir.
Aydındır ki, torpaq uğrunda həqiqətən can qoyan oğullar yeri gəldi-gəlmədi bu kəlməni dilinə gətirmir. Kim ki, "müharibə veteranıyam" deyib məsuliyyətdən boyun qaçırıb, titulundan istifadə edərək nəsə tələb edirsə, həmin insanların səmimiyyətinə şübhə ilə yanaşmaq lazımdır. Ehtimalımız da bu yöndə idi və nəticə yanılmadığımızı göstərdi.
Məlum oldu ki, həmin restoranın Orxan İmanova heç bir aidiyyəti yoxdur. Özünü Vətən müharibəsi qazisi kimi təqdim edən Beyləqan rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Orxan Sərxan oğlu Qarabağ müharibəsində, ümumiyyətlə, iştirak etməyib. Az qala hər sözünün əvvəlində "torpaq uğrunda can qoymuşam” deyən bu şəxs, müharibə veteranı adından istifadə edən saxtakardır. Belə demək mümkündürsə, Orxan İmanovun timsalında bu qəbildən olan şəxslər sadəcə Qarabağ qazisi adına ləkə yaxmaqdan çəkinmirlər, bu isə haqlı olaraq sözün əsl mənasında vətən müharibəsi iştirakçılarını ciddi şəkildə narahat edir.
Saxta qazilərlə mübarizə tək həqiqi qazilərin işi deyil, cəmiyyət olaraq biz də icazə verməməliyik ki, kimsə qazilərimizin adına ləkə salsın. Belə hallarla üzləşdikdə həm cəmiyyətin, həm qazilərin qınağı, həm də hüquq-mühafizə orqanlarının çox ciddi cəzalandırma mexanizmi olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA