sedanews.az
sedanews.az

Zəngilan rayonunda böyük turizm potensialı vardır.

7-05-2022, 11:08 228 dəfə baxılıb

Zəngilan rayonunda böyük turizm potensialı vardır.

Dövlət başçımız gənc nəslin vətənpərvərlik və milli dəyərlər əsasında formalaşmasına həmişə diqqət yetirir. Bu məsələ dövlətçiliyin möhkəmlənməsi baxımından olduqca vacibdir.

Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident cənab İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini - milli hədəfləri reallaşdırmasını təmin edir. 

Qürur hissi ilə vurğulamaq lazımdır ki, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Rasim oğlu Hacıyev təyin edilib. 

Zəngilan rayonunda bütün tarixi-dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.

Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə isə hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və ümid edirəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxarılır. Müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Yeri gəlmişkən Prezident cənab İlham Əliyev çıxışında təbiətin qorunmasını da ön plana çəkmişdir. Zəngilan rayonunun çox gözəl, füsunkar təbiəti var və təbiət nöqteyi-nəzərdən hesab edirəm ki, ölkəmizin ən gözəl rayonlarından biridir. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa və çox rahat olacaq. Cənab İlham Əliyev: “Zəngilan rayonunun turizm imkanlarını dərindən təhlil etməliyik və biz  təxirəsalınmaz işlərə dərhal başlamalıyıq” demişdir. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Zəngilan rayonuna dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər tətbiq ediləcək. Cənab Prezident öz çıxışında sadəcə olaraq, əsas sahələri qeyd etmişdir. Bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər və insanlar üçün rahatlıq təmin olunacaq, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıdacaq və orada rahat yaşayacaqlar. 

Suraxanı rayonu

 Bülbülə Bələdiyyəsinin

 sədri Natiq Həsənov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA