sedanews.az
sedanews.az

Şirməmməd Hüseynov vəfat etdi

25-06-2019, 15:42 897 dəfə baxılıb

                                                                                        

Şirməmməd Hüseynov vəfat etdi

                
Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, ustad Şirməmməd Hüseynov vəfat edib.
 Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. O, 1954-1961-ci illərdə BDU Filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb.
1962-1969-cu illərdə BDU Filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-nun Jurnalistikasının nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. Bundan sonra görkəmli ustad 1971-1976-cı illərdə BDU Jurnalistika fakültəsinin dekanı olub.
1971-1988-ci illərdə BDU Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə Mətbuat tarixi kafedrasının müdiri və 1988–ci ildən BDU Mətbuat tarixi kafedrasının professoru vəzifəsində çalışıb.
Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA