Azərbaycanlılar üçün şad xəbər: İnsanlar sahilə axışdı
Cənubi Azərbaycanda yerləşən Urmiya gölündə yenidən canlanma müşahidə olunur.Ardıcıl 2 həftə davam edən mart yağışlarından sonra göldə suyun səviyyəsi qalxıb.
Hazırda gölün sahilində dincələməyə gələn yerli sakinləri və turistləri müşahidə etmək mümkündür.
Qeyd edək ki, bir zamanlar Urmiya gölünün sahəsi 5 min kv/km təşkil edirdi. Hazırda isə duzlu göldə suyun həcminin 5 milyard kubmetr olduğu ehtimal edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.