Metronun bu stansiyasında təmir bitir - Video
Bakı Metropoliteninin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildrib ki, artıq stansiyada eskalatorlar quraşdırılıb:
"Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.