sedanews.az
sedanews.az

Müfəttiş: "İynə vurulması, sistem qoşulması halları aşkarlanan apteklər məsuliyyətə cəlb edilə bilər"

7-03-2023, 15:37 239 dəfə baxılıb

  “Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”.
  “Report”un xəbərinə görə, bunu Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev deyib.
Onun sözlərinə görə, yalnız həyat üçün təhlükə yarandığı halda apteklərə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər:
  “Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır”.
  “Ümumiyyətlə səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədə uyğundur”-, E. Nağıyev vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA