sedanews.az
sedanews.az

Ağsaqqallar Şurasının sədri Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik etdi

22-07-2019, 10:31 916 dəfə baxılıb

Ağsaqqallar Şurasının sədri Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik etdi



 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Bu barədə millət vəkili təbrik məktubu ünvanlayıb. 

Təbrikdə deyilir:

"Əziz media nümayəndələri, hörmətli jurnalistlər! Bu gün sizin peşə bayramınızdır!
22 iyul tarixi Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün azad mətbuatımızın azad söz insanları informasiya müharibəsində şərəflə mübarizə aparır, geniş fəaliyyət göstərirlər.
Azərbaycan jurnalistikası bu gün çox güclüdür, onun fəaliyyət dairəsi daha genişdir. Çünki Azərbaycan mediası bu gün dövlət qayğısıyla əhatələnib.
Söz, mətbuat işi zəhmətli, şərəfli işdir. Şərəfli işdir ona görə ki, müstəqil Azərbaycanımızın artıq dünya dövlətləri arasında özünəməxsus yeri var və dövlətimiz sülh, əmin-amanlıq, inkişaf beşiyidir. Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir.

Əziz media nümayəndələri, dəyərli jurnalistlər!
Sizlərin rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından peşə bayramınızı təbrik edir, sizə bu şərəfli işdə uğur və nailiyyətlər arzulayıram".(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA