sedanews.az
sedanews.az

Valideynləri övlad qatilinə çevirən cəhalət

8-08-2019, 15:06 927 dəfə baxılıb

Valideynləri övlad qatilinə çevirən cəhalət 



 

 Cəlilabadın Əliqasımlı kəndində 17 yaşlı qızın intihar etmə xəbəri mediada sürətlə yayıldı. Uşaqlıqdan nənə-baba himayəsində yaşayan kənd sakini Aysun Hacıyeva özünü həyətlərindəki yarımtikilidə asaraq öldürüb. Buna səbəb isə qızın nənəsi tərəfindən məcburi evliliyə sürükləməsi olub.
Ən dəhşətlisi isə odur ki, bu, 1 həftə içində eyni səbəbdən baş verən ikinci intihar hadisəsidir. Zaqatalada da elə Aysunun həmyaşıdı Gülər İsmayılova çıxış yolunu məhz intiharda görmüşdü. Hər iki hadisə cəmiyyətdə bəlkə də çoxumuzun bilib də susduğu böyük bir problemi ortaya çıxarır. Valideynlərin övladlarına şəxsiyyət kimi yanaşmaması və həyatına müdaxilə etmələri.
ARB TV mövzuyla bağlı geniş süjet hazırlayıb.
Vəfa Əkbər – Psixoloq: “Niyə bunların sayı azalmır? Çünki bu gün hər kəs car çəkir və bunu görürük. Niyə bunların sayı azalmır? Çünki o valideynlər hələ də özlərini haqlı hesab edirlər, eqolarını şişmiş eqolarını tətmin etmələri üçün hələ də özlərini doğrultmaq üçün və yaşlı nəsilə özünü təsdiq etmək üçün ki, mənim hələ də hökmranlığım keçir öz övladımın üzərində, öz övldalarını qurban verirlər”.
Psixoloqun sözlərinə görə, valideynlər övladlarını məcburi nikaha sürükləməklə birbaşa onların şəxsi həyatını idarə etmiş olurlar. Bu mövzuda mütəxəssis tövsiyyəsinə gəlincə.
Vəfa Əkbər – Psixoloq: “Ən azından övladlarımızı bu yaşa gətirib, çatdırmışıqsa, onların duyğularına, hisslərinə hörmət edək. Və onları istəklərindən kənar bir şeyə məcbur etməyək. Çünki onların da yaşama haqqı var”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov isə valideynin övladını nikaha məcbur etməsini cinayət adlandırır. Qurum rəsmisi problemdən çıxış yollarından da danışır.
Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən ailə üzvünü, övladını və ya hər hansı bir şəxsi məcburi evliliyə cəlb edəni 4 min manatadək cərimə və 4 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. Amma təəsüüf ki, bu da övladının şəxsi həyatını idarə edən bəzi valideynləri yolundan döndərmir. Belə olmasaydı, Gülər də, Aysun da eyni qədəri yaşamazdı. Və görünür bu hökmranlığa daha sərt şəkildə “dur” deyilməzsə, hələ çox Gülərlərin, Aysunların intihar xəbərini eşidəcəyik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA