DataLife Engine / Ordumuz Qırmızı Bazarda mülki əhalini atəşə tutmayıb - MN

Ordumuz Qırmızı Bazarda mülki əhalini atəşə tutmayıb - MN

Ordumuz Qırmızı Bazarda mülki əhalini atəşə tutmayıb - MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb:
"Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".
10-01-2022, 16:29
Go back