Prezidentlə xanımı Xoşbəxt Yusifzadə ilə vida mərasiminə əklil göndərdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir. “Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, ötən gün 93 yaşında vəfat edən geoloq Birinci Fəxri xiyabanda dəfn ediləcək.