Bu sözləri Axar.az-a əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, Qarabağda fərdi ev tikmək üçün müəyyən şərtlər lazımdır:
“Bu evlər təbii ki, Baş Plana uyğun tikiləcək. Əgər orda qeyd olunubsa ki fərdi ev tikmək olar, deməli, tikilə bilər. Düzdür, dövlət başçısı ilkin tapşırıqlarını yəqin ki, verib. Amma alt sənədlər hazır deyil. Hazır olduqdan sonra o bölgələrə daha çox adam köçə, ev tikə bilər. Bu gün üçün isə mümkün sayılmır”.
Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə iş yerlərinin çox olması tikiləcək evlərin də sayına təsir edəcək:
“İş yerləri çox və insanlar üçün cazibədar olsa, o ərazilərə axın ola bilər. Çünki o ərazilərdə yaşamaq istəyən insan çoxdur. Bakıdan da müəyyən əməkçi qüvvəsi yəqin ki, o zonalara gedəcək”.
