
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Qazılar Şurasının fətvasında bildirilib ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.
Ramazan ayında Qədr (Əhya) gecələrinin hansı tarixlərə təsadüf edəcəyinə də aydınlıq gətirilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayına xüsusi təqvimində qeyd edilib.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) də Qədr gecələri olacaq.
İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq.
