DataLife Engine / Bakıda daha bir ərazidə binalar plana düşdü:

Bakıda daha bir ərazidə binalar plana düşdü:



   Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanır.
Sedanews.az xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir.
Köhnə tikili binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.
  Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni 16 mərtəbəli binalar əvəzləyəcək.
  Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.
30-10-2025, 10:38
Go back