Sürücü yuxuludur – bəlkə gecə işdən çıxıb, bəlkə uzun yol gedir, bəlkə də sadəcə məsuliyyətsizdir. Amma o sükan arxasındadır və bu, təkcə onun deyil, yolda olan hər kəsin həyatı deməkdir. Bir neçə saniyəlik göz qapanması, diqqətin yayınması ölümə aparan yolun başlanğıcı ola bilər.
Eyni dərəcədə təhlükəli olan digər bir amil isə təcrübəsizlikdir. Sürücülük vəsiqəsi almaq məsuliyyətli davranmaq üçün kifayət deyil. Təcrübə, soyuqqanlılıq, yol şəraiti ilə düzgün hesablaşmaq bacarığı olmadan sükan arxasına keçmək – özünü və başqalarını təhlükəyə atmaq deməkdir.
Nə etməli?
Uzun yola çıxmazdan əvvəl istirahət etmək mütləqdir. Yuxusuzsan? Sükan arxasına keçmə! Bir az gec get, amma sağ-salamat get. Yeni sürücüsənsə – təcrübə qazan, tələsmə. Özünə və başqalarına vaxt ver.
Dövlət qurumları sürücülük təlimlərinə nəzarəti artırmalı, yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar bir-birinə qarşı məsuliyyət hissini itirməməlidirlər.
Unutmayaq: sükan arxasında yalnız sən yox, bütöv bir ailənin, bir insanın həyatı ola bilər.
Sedanews.az