DataLife Engine / Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi

 "Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 28 noyabr tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
ADY-dən REAL-a verilən məlumata görə, eyni zamanda, sərni.inlər bu istiqamətlər üzrə gündəlik     Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.
Qeyd edək ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

27-11-2025, 11:06
Go back