sedanews.az
sedanews.az

II kurs tələbəsi faciəvi şəkildə öldü

26-11-2019, 15:02 815 dəfə baxılıb

II kurs tələbəsi faciəvi şəkildə öldü



                
AzMİU-nun İnşaat fakültəsinin II kurs tələbəsi Anar İlham oğlu Musayev noyabrın 24-ü 23:30 radələrində baş vermiş qəza nəticəsində dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Feysbukda Azərbaycan Universitetləri səhifəsi məlumat paylaşıb.
Məlumata görə, qəza Səbail rayonunda baş verib.
Hadisə zamanı A.Musayev “Mersedes” markalı, 10 NL 093 dövlət nömrə nişanlı minik maşını ilə Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib.
Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla Namiq Soltanovun idarə etdiyi VAZ 2109 markalı minik maşınına çırpılıb.
Qəza nəticəsində “Mersedes”in sürücüsü A.Musayev dünyasını dəyişib.
Allah rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA