sedanews.az
sedanews.az

Bakıda daha 6 tələbə qız zəhərləndi - Açıqlama

26-11-2019, 15:05 740 dəfə baxılıb

Bakıda daha 6 tələbə qız zəhərləndi - Açıqlama

                
Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Tələbə qızların təcili tibbi yardımla 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirildiyi bildirilib.
Nazirlikdən verilən məlumatda tələbələrin Xəzər Universitetində təhsil aldığı və Qara Qarayev prospekti 76 ünvanında kirayə qaldıqları mənzildə zəhərləndikləri qeyd edilib.
Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli Axar.az-a açıqlamasında zəhərlənən tələbələrdən 3-nün Xəzər Universitetinin, 2-nin Bakı Dövlət Universitetinin, 1-nin İqtisad Universitetinin tələbəsi olduğunu söyləyib:
“Zəhərlənənlərdən Nazlı Qazıyeva İqtisad Universitetinin, Aysun Osmanlı və Hüryetər Mahmudova Bakı Dövlət Universitetinin, Nəzakət Heydərli, Aysun Rəcəbli və Ləman Salmanlı isə Xəzər Universitetinin Humanitar fakültəsinin tələbələri olub. Onlar mətbəxdəki dəm qazından zəhərləniblər, hazırda vəziyyətləri normaldır”.
Ə.Əmirbəyli polisin məsələ ilə bağlı araşdırma apardığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA