sedanews.az
sedanews.az

Bakıda güclü yanğın: Qatar və təyyarə də cəlb olundu

10-12-2019, 13:02 742 dəfə baxılıb

Bakıda güclü yanğın: Qatar və təyyarə də cəlb olundu 



               Yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb. 
Bu barədə mətbuata Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H. Z. Tağıyev-çeşidləmə stansiyasından gətirilir.
Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarının suyundan istifadə olunacaq.
Qeyd edək ki, yanğının söndürülməsinə FHN-in 3 helikopteri və Aviasiya dəstəsinin 1 ədəd BE-200ÇS tipli təyyarəsi cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA