sedanews.az
sedanews.az

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 12 yaralı

18-06-2019, 15:09 1 065 dəfə baxılıb

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 12 yaralı



               
Bakı-Ələt yolunda "Prado", VAZ-2107 və "Ford" markalı mikroavtobusun toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Sedanews.az xəbər verir ki, işçiləri daşıyan "Ford" markalı mikroavtobus dəmir maneələrə dəyərək qəza törədib.
Qəza nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 5 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər", - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA