sedanews.az
sedanews.az

Ölmüş heyvan cəmdəyi satışa çıxarılarkən yaxalandı

20-06-2019, 11:43 905 dəfə baxılıb

Ölmüş heyvan cəmdəyi satışa çıxarılarkən yaxalandı


                Ağcabədi rayonunda satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan bir baş istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyindən Sedanews.az-a verilən məlumata görə, agentliyin və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Aşağı Avşar kəndi ərazisində axşam saatlarında İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsində onun avtomobilinin yük yerinə baxış keçiriblər.
Bu zaman avtomobilin yük yerindən istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA