sedanews.az
sedanews.az

Türkiyənin İzmir şəhərində SOCAR terminalında gəmi partladı: ölən var

2-07-2019, 14:33 949 dəfə baxılıb

SOCAR terminalında gəmi partladı: ölən var 





                
Türkiyənin İzmir şəhərində yanan gəmi SOCAR şirkətinə məxsus deyil. Partlayışın baş verdiyi gəmi, sadəcə, limanda SOCAR terminalına yan alıb.
Sedanews Axar.az-a istinadən xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Əhmədov Türkiyənin İzmir şəhərində yanan gəmi ilə bağlı danışarkən deyib.
İ.Əhmədov bildirib ki, partlayış limanın ərazisində deyil, gəminin daxilində olub:
“Partlayışın səbəbi araşdırılır. Yanan gəminin SOCAR-a aid olması ilə bağlı yayılan məlumat yanlışdır”.
Qeyd edək ki, Türkiyənin İzmir şəhərində, Petkim limanının sahilində gəmi partlayıb. Ardınca isə yanğın çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA