sedanews.az
sedanews.az

Qubada "Azərişığ"ın maşını aşdı: 2 ölü, 2 yaralı

18-09-2019, 14:37 831 dəfə baxılıb

Qubada "Azərişığ"ın maşını aşdı: 2 ölü, 2 yaralı

                Söhüb kəndində avtomobilin dərəyə aşması nəticəsində xəsarət alan iki nəfər ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstaxanasına aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər.
“Təcili tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, bu gün Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu maşın aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA