sedanews.az
sedanews.az

25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı

18-09-2019, 14:44 771 dəfə baxılıb

25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı

                2
Ötən gün Bakının Nərimanov rayonunda baş verən və 25 yaşlı Gülgün Saday qızı Əmiraslanlının ölümünə səbəb olan qəza ilə bağlı “Maserati” markalı avtomobilin sürücüsü video-müraciət yayıb.
Axar.az xəbər verir ki, Unikal.org-un ictimailəşdirdiyi vidoeda sürücü Elvin Qasımzadə qızı vurmadığını, əksinə, başqa maşının vurduğu Gülgün Əmiraslanlını xilas etmək üçün hər şey etdiyini deyib.
O bildirib ki, işıqforun qırmızı işığı yanarkən dayanıb, ancaq qarşısında olan 10 GN 002 dövlət qeydiyyat nişanlı “Volksvagen Passat” markalı maşın dayanmayıb, nəticədə qəza baş verib:
“Bundan sonra mən qızı ağır vəziyətdə götürərək xəstəxanaya çatdırmışam. Hadisə ilə bağlı hazırda Nəsimi rayon Dövlət Yol Polisinə dəvət olunmuşam”.
E.Qasımzadə haqqında yayılan məlumatda yaxınlarının narahat olduğunu bildirib.
Qəzanı “Volkvagen-Passat” markalı maşının sürücüsünün törətdiyini polis də təsdiqləyib və sürücünün tapılması istiqamətində axtarışlara başlayıb. APA qəzanı törədən avtomobilin görüntüsünü yayıb.
Qeyd edək ki, ötən gün Dədə Qorqud parkı yaxınlığında baş verən qəzanın “Maserati” markalı avtomobilin sürücüsü tərəfindən törədildiyi, sürücünün yaralı qızı xəstəxanaya çatdırmasına baxmayaraq, onun həyatını xilas etməyin mümkün olmadığı barədə xəbər yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA