DataLife Engine / Mərakeşdə zəlzələdə ölənlərin sayı 2500-ə çatıb

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2500-ə çatıb

  Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb.
  REAL xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
  Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna olunmur.
  Xatırladaq ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
11-09-2023, 15:05
Go back