sedanews.az
sedanews.az

Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü

4-07-2019, 13:54 965 dəfə baxılıb

Məşhur futbolçu Bakıda kubok qazanmış kluba baş məşqçi kimi döndü



 

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
“Çelsi”nin saytı xəbər verir ki, London klubunun sabiq futbolçusu Frank Ləmpard bu klubun baş məşqçisi təyin olunub.
41 yaşlı mütəxəssislə üç illik müqavilə bağlanılıb. Müqavilə imzalanması prosesində “Çelsi”nin rusiyalı direktoru Marina Qranovskaya iştirak edib.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda digər London klubu olan “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının qalibi olub. Bununla belə, komandanın italiyalı baş məşqçisi Mauritsio Sarri klubdan ayrılaraq, “Yuventus”a çalışdırıcı təyin edilib.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA