sedanews.az
sedanews.az

Bu zavod maraq dairəmizdə deyil - Ələkbərov

25-12-2019, 16:04 736 dəfə baxılıb

Bu zavod maraq dairəmizdə deyil - Ələkbərov



                “Lukoyl” Rusiyada neft emalı sahəsində yeni aktivlər əldə etmək niyyətində deyil.
Bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov müsahibəsində Antipinsk Neft Emalı Zavodu ilə maraqlanıb-maraqlanmaması barədə sualı cavablandırarkən bildirib.
“Rusiyada neft emalının artırılmasında maraqlı deyilik. Bizim üçün ən başlıcası öz zavodlarımızı ideal səviyyəyə çatdırmaqdır”, – deyə o bildirib.
O, həmçinin şirkətin Rusiyada yalnız geoloji kəşfiyyat lisenziyaları almağa hazır olduğunu, almaq üçün hazır aktivlər görmədiyini qeyd edib. Oktyabr ayının sonunda şirkət Orenburq vilayətində 6,2 milyard rubla dörd sahə alıb.
Qeyd edək ki, noyabrın 26-da “Kommersant” nəşri neft emalı zavodunun əsas sahiblərinin “Lukoyl”un keçmiş top meneceri Vladimir Subbotin və Rusiya Prezidenti Vladimir Putinin kurs yoldaşı, eləcə də əvvəllər Azərbaycanda “Lukoyl”un strukturunda işləmiş İlham Rəhimovun ola biləcəyini yazmışdı. 
istinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA