DataLife Engine / Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır

Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır




"Azərbaycan Mərkəzi Bankı (AMB) "2027-2030-cu illər üçün maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə dövlət proqramı" üzərində işləyir".
sedanews.az xəbər verir ki, bunu AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda deyib.
O bildirib ki, proqramın əsas məqsədi ölkəni regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir:
"Müasir dünyada neyron şəbəkələri və süni intellekt bankların fəaliyyətində artıq eksperiment olmaqdan çıxaraq onların əsas əməliyyat nüvəsinə çevrilir. Lakin bu sistemlərin sürəti və mürəkkəbliyi artdıqca səhvlərin dəyəri də yüksəlir".

Bugün, 11:46
Go back