sedanews.az
sedanews.az

Milyonlarla nüsxəsi satılan kitab Azərbaycanda - Foto

24-10-2019, 12:32 829 dəfə baxılıb

Milyonlarla nüsxəsi satılan kitab Azərbaycanda - Foto



                Oktyabrın 26-sı saat 14:00-da "Elmlər Akademiyası" metrosu ilə üzbəüz yerləşən “Libraff” kitab mağazasında “Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimat mərasimi keçiriləcək.
Kult.az xəbər verir ki, kitab ilk dəfə olaraq TEAS Press Nəşriyyat evi tərəfindən dilimizə tərcümə edilərək nəşr olunub.
Dünyada milyonlarla nüsxəsi satılan kitab hər bir autizmli uşağın bilməyinizi istədiyi on faktdan ibarətdir. Kitabın müəllifi amerikalı yazıçı Ellen Notbohmdur.
Qeyd edək ki, tədbirdə klinik-psixoloq Narınc Rüstəmova, həkim-psixiatr Araz Manuçöhri Lalei və nevroloq Aynur Zeynalova iştirak edəcək. Kitabın ixtisas redaktoru Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovadır.
Təqdimat günü kitab əldə edən hər kəsə Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən “Autizm şiddətinin ölçülməsi” testi hədiyyə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA