sedanews.az
sedanews.az

Makedoniyalı İsgəndəri öldürən səbəb... - Tarixi kəşf

25-10-2019, 11:07 996 dəfə baxılıb

Makedoniyalı İsgəndəri öldürən səbəb... - Tarixi kəşf



         
Makedoniyalı İsgəndər malyariya və ya pnevmoniyadan ölməyib. 
Axar.az xəbər verir ki, Yunanıstanın Aristotel Universitetinin alimləri bu qənaətə gəliblər. Alimlər Makedoniya İsgəndərin pankreonekroz (mədəaltı vəzinin kəskin iltihabı) xəstəliyindən öldüyünü bildiriblər.
Tədqiqatın müəlliflərindən biri olan professor Tomas Qerasimidis həddən artıq ağır qidalar və alkoqol qəbulunun Makedoniyalı İsgəndərdə öd daşı xəstəliyi yaratdığını bildirib. O bu xəstəliyin inkişaf edərək kəskin pankreonekroza çevrildiyini və inkişaf edərək, ağır sepsis (qan zəhərlənməsi, qana bakteriya və toksinin qarışması – red.) olduğunu deyib:
“Bol qida və şərab qəbulundan sonra mədədə güclü ağrıyla xarakterizə olunan simptomlar başlayıb. Bu ağrılar həmçinin qızdırma və 14 gün ərzində vəziyyətinin hər gün pisləşməsi ilə müşayiət edilib”.
Qeyd edək ki, Makedoniyalı İsgəndər eradən əvvəl 323-cü ildə dünyasını dəyişib. Son 2000 il ərzində dünyanın müxtəlif alimləri onun ölümüylə bağlı müxtəlif iddialar irəli sürüblər. Onlar İsgəndərin daha malyariya, pnevmoniya, eləcə də Qərbi Nil qızdırmasından öldüyünü bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA