sedanews.az
sedanews.az

Həkim problem qaldırdı: Təcili həll edilməlidir

19-06-2019, 12:27 870 dəfə baxılıb

Həkim problem qaldırdı: Təcili həll edilməlidir



                Valideynlər sosial şəbəkələrdəki tibbi qruplarda tez-tez sual verirlər ki, filan dərman nə üçündür, filan dərman nəyə lazımdır? Soruşmaq ayıb deyil, ancaq bütün dünyada hər kəs belə sualların cavabını internetdə tapır. Bizdə isə tapmaq mümkün deyil, çünki dilimizdə internet resursu yoxdur.
Sedanews.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev internetdən dərmanlar və onların tərkibi barədə Azərbaycan dilində məlumat çatışmazlığı haqda deyib.
Həkim bildirib ki, istənilən dərman, preparat haqqında axtarış zamanı məlumat ancaq rus dilində çıxır:
“Azərbaycan dilində tibbi ədəbiyyat yazılmır, yazılanlar da günümüzlə ayaqlaşmır. Tərcümə də yoxdur, təəssüf ki. Bu məsələdə Türkiyədən örnək götürmək olar, lakin götürmürük.
İnternetdə istənilən məsələ barədə rusca axtarış verən kimi azı əlli məlumat çıxır. Bizim dilimizdə isə xüsusilə dərmanlar, onların tərkibi, əks təsirləri, saxlanma qaydaları haqqında heç bir məlumat əldə etmək mümkün deyil”.
Pediatr vurğulayıb ki, təcili şəkildə bu problemi həll etmək lazımdır:
“Rus dilinin əleyhinə olanlarla müzakirələrdə bu məsələni həmişə qabardıram. Mən də razıyam, rus dilində oxumayaq, öyrənməyək, öz dilimizdə oxuyaq. Amma razılaşaq ki, öz dilimizdə faydalı, ciddi bir şey yoxdur, tapa bilmirik. Nə kitab var, nə də internet məlumatı. Yenə də məcbur olub rus və ya başqa dillərdə məlumat axtarırıq, sonra onu tərcümə edirik - yarı düz, yarı yanlış. İnternet əsrində belə olmamalıdır. Digər sahələrdə də təxminən eyni vəziyyətdir. Bunun çarəsini tapmaq lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA