sedanews.az
sedanews.az

Azərbaycanlı gəncin milyonluq saatı... - Polisdən açıqlama

1-07-2019, 15:57 1 076 dəfə baxılıb

Azərbaycanlı gəncin milyonluq saatı... - Polisdən açıqlama



                Azərbaycanlı gəncin İspaniyanın İbiza adasındakı istirahət mərkəzində oğurlatdığı "Riçard Mill” brendinə məxsus saat dünya mətbuatının hələ də gündəmindədir. 
Sedanews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın diariodeibiza.es saytında yazı dərc olunub.
Məqalədə deyilir ki, saatını itirən 22 yaşlı gənc qaldığı "Vila" otelindən birbaşa polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Oğru 30 yaşlarında olub.
Son bir neçə gün ərzində İbiza polis şöbəsinin işçiləri oğurluqda şübhəli bilinən bir neçə nəfəri həbs ediblər. Bu insanlar adətən qrup şəklində çalışır və bahalı saatlar oğurlayırlar. Polislər bundan əvvəl adada beş oğurluq hadisəsinin də baş verdiyini açıqlayıblar. Fərq ondadır ki, həmin saatların qiyməti 150 min avro təşkil edib. Azərbaycanlı turistin saatı isə 1,15 milyon avrodur.
Oğurluğu təşkil edən qrupun başçısının təxminən 50 yaşı olduğu bildirilir və hazırda nəzarət altındadır.
Saatı oğurlayanlarınsa iki ərəb olduğu bildirilir. Belə ki, azərbaycanlı turist səhər saat 5 radələrində gecə klubundan çıxan zaman iki nəfər ona yaxınlaşır. Biri söhbətə tutur, digəri isə qolundan saatı zorla çıxardıb qaçır. 22 yaşlı zərərçəkən mübarizə aparsa da, saatını qoruya bilmir.
Xatırladaq ki, İbizadakı oğurluqlar əsasən Neapol və Kalabria mafiyalarının əlindədir. İtaliyanın peşəkar mafiyaları ərazidəki fransız qruplarını məğlub etməyə nail olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA