sedanews.az
sedanews.az

Çiyələk, xiyar, qarpız və gilasın genetik modifikasiyası yoxdur

9-07-2019, 15:25 978 dəfə baxılıb


Çiyələk, xiyar, qarpız və gilasın genetik modifikasiyası yoxdur


Azərbaycana idxal olunan məhsulların 99 faizinin GMO məhsullar olduğunu iddia etmək qaragüruhçuların işidir.
xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bütün dünya üzrə 30 adda bitki genetik modifikasiya olub, onun 504 növü məlumdur ki, bu da bütün dünyanın aparıcı ölkələrinin reyestrinə yerləşdirilib:
“Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə və tərəvəzlər yoxdur. Məsələn, çiyələk, xiyar, armud, qarpız, gilas və digər bitkilərin genetik modifikasiyası mövcud deyil. Bu adamlar seleksiya olunmuş məhsullarla GMO məhsulları qarışdırırlar və yersiz informasiya ilə əhalidə yanlış informasiya formalaşdırırlar. Dünyanın ən çox genetik modifikasiya olunan məhsulu qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olub.
Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq ekspertizalara cəlb olunub. İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir”.
Q.Təhməzli qeyd edib ki, Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır. Bununla bağlı Qida Təhlükəsizliyi İnstitutunun tərkibində akt üzərində iş aparılır:
“Trans yağlarla bağlı məsələ üzrə institutun ekspertləri məşğuldur. Bu yağların ərimə temperaturu yüksək olduğu üçün insan bədənində ərimir və sağlamlıq üçün ziyanlıdır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Xaçmaz, Şəki, Tovuz regional bölmələrində 32 adda müxtəlif yağlar - kərə yağları və spred yağları ekspertizaya cəlb olunub. Onlardan 12-də trans yağların miqdarı normadan yuxarı olub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA