sedanews.az
sedanews.az

Tənha ölən xalq artisti haqda – 7 fakt

7-11-2019, 16:58 972 dəfə baxılıb

Tənha ölən xalq artisti haqda – 7 fakt



                Bu gün mərhum xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür.
Kult.az Zərnigar Ağakişiyeva ilə bağlı 7 faktı təqdim edir:
1. Mətbuatda Zərnigar Ağakişiyevanın doğum gününün 6 noyabr olduğu yazılsa da, aktrisa noyabrın 7-də anadan olduğunu deyib.
2. O, səhnəyə ilk dəfə 5 yaşında çıxıb: kənd klubunda keçirilən tədbirdə xalq şairi Səməd Vurğunun “Dahi rəhbərə” şeirini əzbər deyib.
3. 12 yaşı olarkən atasından xahiş edərək “Güləliyeva” soyadını “Ağakişiyeva” ilə əvəz eləyib. Ağakişi Zərnigar xanımın babasının adı olub.
4. Zərnigar Ağakişiyeva yalnız sənətini düşünüb və buna görə də ailə qurmayıb. Aktrisa bir kişi ilə 13 il biri evdə yaşayıb, lakin bunun ailə olmadığını deyib. O düşünürdü ki, əgər uşaq yoxdursa, bu, ailə deyil.
5. Aktrisa övladlığa uşaq götürmək istəsə də, həmin vaxt buna maddi imkanı çatmayıb.
6. Z.Ağakişiyevanın ən sevdiyi rolu “Təhminə” filmində canlandırdığı Zivərdir. Sənətkarın bu rolu hətta Türkiyədə də böyük maraq və heyranlıqla qarşılanıb.
7. Mərhum sənətkar deyirdi ki, ən böyük qorxusu tək ölməkdir: “Qorxuram qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz”.
Ömrü boyu təklikdən qorxan Zərnigar Ağakişiyeva 2018-ci il fevralın 8-də yaşadığı evdə tək-tənha vəfat edib və yalnız ölümündən 3 gün sonra tapılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA