Azərbaycanın tanınmış qrafik dizayneri Bahəddin Məmmədov yenə maraqlı layihəyə imza atıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu dəfə Azərbaycanın tanınmış simalarının arxiv fotoları ilə müasir görünüşünü bir araya gətirərək İnstaqram səhifəsində paylaşıb.
Layihədə Xalq artistləri Nəsibə Zeynalova, Fəxrəddin Manafov, Flora Kərimova, Müslüm Maqomayev və tanınmış yazıçı, şair Ramiz Rövşən yer alıb.