Qanla sınağa çəkmə...
Qanla sınağa çəkmə...
Ya Rəbb! "Dağ"sız yerim yox,
Məni bu "dağ"a çəkmə.
Dərd ver ki, çəkə bilim,
Canla sınağa çəkmə...
Al məni başdan-başa,
Vur qayaya, vur daşa,
Amma, qıyma qardaşa,
Onla, sınağa çəkmə...
Sənsən, dərdə "əl çəkən",
Sənsən, uçuran, tikən,
Bu qədər suyun varkən,
Qanla sınağa çəkmə...
İran.Təbriz şəhəri.
05.02.2018