sedanews.az
sedanews.az

Vətəndaşlar böyük qürur hissi keçirirlər ki... - Ramiz Mehdiyev

24-10-2019, 11:01 839 dəfə baxılıb

Vətəndaşlar böyük qürur hissi keçirirlər ki... - Ramiz Mehdiyev





                Dövlətin idarə olunmasında, milli maraqların qorunmasında nümayiş etdirdiyiniz uzaqgörənlik, prinsipiallıq, daxili siyasətdə təlqin etdiyiniz yüksək idarəçilik, ciddi və humanist yanaşma bir siyasətçi olaraq Sizin həm siyasətinizi, həm də şəxsiyyətinizi xarakterizə edən ali keyfiyyətlərdir.
Bunu AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev Prezident İlham Əliyevin qəbulunda bildirib.
"Biz dünya tarixində öz dəstxəti ilə dərin iz buraxmış məşhur dövlət başçılarının simasında müşahidə etdiyimiz bütün əsas və ən yüksək keyfiyyətləri bu 16 il müddətində, möhtərəm cənab Prezident, Sizdə müşahidə etmişik. Tarix elə gətirdi ki, üçüncü minilliyin başlanğıcında Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini idarə etmək və gələcəyə aparmaq Sizə nəsib oldu.
Azərbaycanı modernləşdirmək, XXI əsrin çağırışlarının tələblərini nəzərə alaraq, xalqımızı öz ətrafınızda birləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyası məhz Sizə nəsib oldu. Bu gün heç kim inkar edə bilməz ki, cənab Prezident, Siz bu ali və tarixi missiyanın öhdəsindən layiqincə gəldiniz. Əgər Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin banisi kimi öz adını tarixə yazdırdısa, Siz müasir və inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu olaraq tarixə düşdünüz.
Böyük dövlət təşkilatçısı olaraq, Siz xalqımızın daxili enerjisini ölkəmizin qarşısında duran vəzifələrin həlli üçün bacarıqla səfərbər edirsiniz. Bu gün Azərbaycan Sizin səylərinizlə inkişaf etmiş ölkələrin siyahısına daxil olubdur.
Çoxşaxəli və uğurlu siyasi fəaliyyətinizin nəticəsi olaraq, Sizin beynəlxalq sahədə çox böyük nüfuzunuz var. Bunu böyük dövlət başçıları qeyd edir, xarici mətbuat və nüfuzlu beynəlxalq qurumların rəhbərləri bildirirlər, Sizi islahatçı Prezident adlandırırlar.
Son 100 ildə ulu öndər Heydər Əliyevlə birlikdə Siz Azərbaycan tarixinə düşmüş ən görkəmli siyasi lider sayılırsınız. Azərbaycan vətəndaşları böyük qürur hissi keçirirlər ki, xalqımızın belə siyasi rəhbəri ilə bir dövrdə yaşayırlar", - R.Mehdiyev qeyd edib.
Istinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA