sedanews.az
sedanews.az

Belous: 2020-də savaş başlayır: Bakının elə gücü var ki…

12-12-2019, 11:17 691 dəfə baxılıb

Belous: 2020-də savaş başlayır: Bakının elə gücü var ki…



            
Azərbaycan 2020-ci ildə antiterror əməliyyatına başlayacaq. Bunu artıq dəqiq demək olar. Amma bu çoxşaxəli hərbi əməliyyat Ermənistan ərazisində olmayacaq. Çoxları burda səhvə yol verir. Antiterror əməliyyatları Azərbaycanın bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınmış sərhədləri çərçivəsində, Qarabağda baş tutacaq.
Bu sözləri Axar.az-a ukraynalı politoloq Nataliya Belous deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclü olması bu hərbi əməliyyatların tez bir zamanda və ugurla başa çatmasına zəmanət verir:
“Hazırda hər şey geosiyasi dəyişikliklərdən, yəni Rusiya amilinin mövcudluğundan və qaynar nöqtələrin olduğu Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Bütün bunlar prosesə zərər verə bilər, buna görə də Azərbaycan diqqətlə hərəkət edir. Hərbi əməliyyatların necə davam edəcəyi barədə danışmaq çətindir, amma Azərbaycan ilk növbədə heç kimə zərər verməmək üçün diplomatik tədbirlər görür və qarşı tərəfi konstruktiv danışıqlara çağırır. Amma 2020-ci il ermənilərə veriləcək son tarix olacaq.
Bakı ən son halda silaha əl atacaq, bu da Ermənistan hakimiyyətinin mövqeyindən asılı olacaq. Bakının hərbi potensialından xəbərdar olan birisi kimi deyə bilərəm ki, hazırda Azərbaycanın çox güclü xüsusi təyinatlılardan ibarət ordusu var. Antiterror əməliyyatlarını da məhz onlar aparacaq. Azərbaycanın bu işdə heç kimin köməyinə ehtiyacı olmayacaq. Hətta ehtiyatda olan hərbçilər belə çağırılmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA