sedanews.az
sedanews.az

Azərbaycan Yazıçılar Birliyinin sədri, dəyərli yazıçımız və ziyalımız Anar müəllimin çox maraqlı bir məqaləsi nəşr olunub və orada şəxsimizə yönəlik bəzi iradlar səsləndirilib.

12-04-2019, 17:14 1 329 dəfə baxılıb

Fazil Mustafadan Anarın iradına – Cavab

        
            Ana səhifə                            Hadisə                    
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                 
<img src="https://imgs.su/upload/197/203107903.jpg">   Azərbaycan Yazıçılar Birliyinin sədri, dəyərli yazıçımız və ziyalımız Anar müəllimin çox maraqlı bir məqaləsi nəşr olunub və orada şəxsimizə yönəlik bəzi iradlar səsləndirilib.
Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa şəxsi Feysbuk səhifəsində qeyd edib. O, Anarın mediada dərc olunmuş yazısındakı iradlara münasibət bildirib:
“Hər bir insanın öz baxış bucağından mövqeyi haqlı sayıla bilər, ancaq bəzi detalların dəqiqləşdirilməsi vacibdir. Milli Məclisdəki məlum çıxışımda xüsusi olaraq hansısa şəxsi və ya qurumu ittiham etməmişəm, sadəcə, ən vacib problemə yenidən diqqət yönəltmişəm. Bundan əvvəl də iki dəfə Milli Məclisdə məsələ qaldırmışam ki, Türkiyə və Gürcüstanda olduğu kimi, Azərbaycanda da çox yüksək dərəcədə olan 18 faizlik əlavə dəyər vergisinin kitabların, digər çap məhsullarının və çap avadanlıqlarının üzərindən götürmək zəruridir. Bu problemi heç şübhəsiz ki, bizdən də yaxşı hörmətli Anar müəllim bilməmiş deyil və həqiqətən də umurdum ki, heç olmazsa, oradakı yazarlardan biri məhz Prezidentə bunu söyləyəcək. Bunun söylənilməməsinə öz iradımı bildirmişəm.
Musa Yaqubla Ramiz Rövşənə “xalq şairi” adının verilməsinə gəldikdə isə Anar müəllimin həmin kitabındakı müraciətlə tanış olmasam da, hüquqi baxımından adın Yazıçılar Birliyinin sədri tərəfindən verilməsinin mümkünsüzlüyünü bilirəm. Əgər Anar müəllimin belə bir müraciəti olubsa, bu özü də sevindiricidir və biz məsələni gündəmə gətirməklə onun da istəyinə dəstək vermiş oluruq.
Fikrimcə, bu cür polemikalarda əsas olan qaldırılan məsələlərdə faydalı nəticələrə varmaqdır. Əslində hörmətli ziyalımız Anar müəllimin mövzu ilə bağlı açıqlamaları indiyədək onlar tərəfindən atılan addımlar barədə bizlərin də məlumatlanmağımız üçün faydalı oldu”.
Qeyd edək ki, bundan əvvəl millət vəkili Fazil Mustafa mədəniyyət və incəsənət xadimlərinin prezidentlə görüşlərində ictimai məsələləri yox, öz problemlərini qaldırmalarını və Musa Yaquba, Ramiz Rövşənə xalq şairi adının verilməsi məsələsinin gündəmə gətirilməməsini tənqid edib. Anar isə məqaləsində F.Mustafanın iradlarını əsassız adlandırıb və Ramiz Rövşənə “xalq şairi” adı verilməsi haqda Prezident İlham Əliyevə müraciət etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA