sedanews.az
sedanews.az

Gürcü lider: Unutmamalıyıq ki, Azərbaycan...

27-05-2019, 11:07 921 dəfə baxılıb

Gürcü lider: Unutmamalıyıq ki, Azərbaycan...


                Azərbycn Gürcüstanın yaxın qonşusu, dostu və strateji tərəfdaşıdır. Hesab edirəm ki, ölkələrimiz arasında yaranan bütün problemlər məhz bu dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında həll olunmalıdır.
Sedanews.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Gigi Uqulava səsləndirib. Müxalifət lideri qeyd edib ki, iki ölkə arasında sərhədlə bağlı məsələ uzun illərdir həll olunmayıb. İndiki hakimiyyət dövründə məsələ bir qədər “ciddi” xarakter alıb.
G.Uqulava deyb:
“Amma biz unutmamalıyıq ki, Azərbaycan bizə dost ölkə və strateji tərəfdaşdır. Biz azadlıq və müstəqilliyimiz uğrunda birgə mübarizə aparırıq. Buna görə də Azərbaycanla dost kimi danışmalıyıq”.
Onun sözlərinə görə, sərhədlə bağlı birgə komissiyanın effektiv olması üçün danışıqlar yüksək səviyyədə aparılmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA