sedanews.az
sedanews.az

Ali Radada azərbaycanlılar da təmsil olunsun - Razumkov

29-05-2019, 10:30 906 dəfə baxılıb

Ali Radada azərbaycanlılar da təmsil olunsun - Razumkov



                Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və biz yeni hakimiyyət ruporu olaraq bu tərəfdaşlığın irəliləyən zaman çərçivəsində daha da gücləndirmək niyyətindəyik. 
Bunu Report-a açıqlamasında Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin siyasi məsələlər üzrə müşaviri, prezidentin mənsub olduğu siyasi blokun rəhbəri Dimtri Razumkov bildirib.
O deyib ki, ümumiyyətlə, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi Ukraynanın yeni hakimiyyətinin prioritetlərindəndir: “Biz Azərbaycanla genişmiqyaslı layihələrdə maraqlıyıq”.
Prezidentin müşaviri onu da vurğulayıb ki, Ukraynada yaşayan azərbaycanlıların fəallığı onların diqqətini cəlb edir: “Biz çox istərdik ki, başqa xaqlardan olduğu kimi, azərbaycanlılardan da Ali Radada (parlament) deputat olaraq təmsilçilik olsun”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 21-də Ali Radanı buraxmaq barədə fərman imzalayıb. Ali Radaya növbədənkənar seçkilər bu il iyulun 21-nə təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA