sedanews.az
sedanews.az

Azərbaycanda onların dişləri qırılır - Markov

14-01-2022, 12:17 70 dəfə baxılıb

                 Azərbaycanda onların dişləri qırılır - Markov

Qarabağ konflikti uzun illər donduruldu. Bu illər ərzində amerikalılar Cənubi Qafqazda iki inqilab reallaşdırdılar: biri Gürcüstanda, digəri Ermənistanda. Azərbaycanda isə onların dişləri qırılır... Azərbaycan varlı ölkədir, özünün neft və qazı var.
 Bu sözləri rusiyalı politoloq Sergey Markov paylaşıb.
“Bununla bərabər, hesab edirəm ki, Azərbaycan bu gün bir çox səbəbdən postsovet məkanındakı ən güclü ölkələrdən biridir. Azərbaycanda stabillik əhəmiyyətli dərəcədə təmin edilib; Azərbaycanda Qazaxıstana zərbə vuran klanlararası mübarizə yoxdur; Azərbaycan kifayət qədər pulu olan dünyəvi ölkədir. Və Azərbaycan – son illərdə böyük uğur qazanan yeganə ölkədir.
Vacib faktor – Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbədən sonra milli qəhrəmana çevrilən Prezident İlham Əliyevə böyük xalq dəstəyidir”, - o qeyd edib.

Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA