sedanews.az
sedanews.az

KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsnin işlədilməsini qadağan edib"

16-03-2023, 12:30 298 dəfə baxılıb

  “Ermənistanın müdafiə naziri Suren Papikyan dünən (martın 15-də-red.) nazirliyin bölmələrində “Artsax (?!) Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”.

REAL xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
  Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”.
  Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada olan hərbçilər arasında narazılıq yaradıb. Amma onlarda da Ermənistandakı bir çox vəzifəli şəxslər kimi işdən çıxarılacaqlarından qorxaraq susmağa üstünlük verirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA