sedanews.az
sedanews.az

“Ölkə başçısı dəfələrlə onları mütəvazi həyat tərzi keçirməyə səsləyib, amma...”

9-07-2019, 16:40 774 dəfə baxılıb

“Ölkə başçısı dəfələrlə onları mütəvazi həyat tərzi keçirməyə səsləyib, amma...”


Sərdar Cəlaloğlu: “Heydər Əliyevin zamanında da bahalı villaların sahiblərini müəyyənləşdirməyə cəhd etdilər”
 

“Elə məmur var ki, onun kabinetinə qoyduğu mebelin 15-20 min manat qiyməti var. Lakin o, bütün məmurluq fəaliyyəti boyu dövlərə 15 min manatlıq xeyir verməyib”.
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədri qeyd edib ki, ölkə başçısının məmur və məmur övladlarına xəbərdarlıqlarına rəğmən, bəzi məmrular hələ də dəbdəbəli həyat tərzindən əl çəkməyib:
“Məmurların dövlər hesabına cah-cəlallı yaşayışı yasaqlanmalıdır. Bu, dövlətçilik ənənələrinə ziddir. Ölkə başçısı da dəfələrlə çıxışlarında məmurlara çağırış edib, onlara daha mütəvazi həyat tərzi keçirməyi tövsiyyə edib. Hətta Heydər Əliyevin zamanında bahalı villaların kimə məxsusluğunu müəyyənləşdirməyə cəhd etdilər. Ancaq buna baxmayaraq, bu proses hələ də davam edir. Bu prosesə son qoyulmalı, məmurların harın, dəbdəbəli yaşayəş tərzinin qarşısı alınmalıdır. Xalqın və dövlətin maraqları bunu tələb edir”.
Seymur ƏLİYEV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA