Söz verirəm: əgər Tiflis NATO-ya qəbul edilsə... - Lavrov
Əgər Gürcüstan NATO-ya qəbul edilsə, Moskva müharibəyə başlamayacaq, amma alyansla münasibətlər ciddi şəkildə pozulacaq.Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Kommersant”a müsahibəsində deyib.
“Müharibəni biz başlamayacağıq, bu, mənim sizə vədimdir. Bununla belə bizim NATO və öz prioriteti olaraq alyansa üzvlüyü elan edən ölkələrlə münasibətlərimiz ciddi şəkildə pozulacaq”, – deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.