DataLife Engine / Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçiliyini təklif edib

Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçiliyini təklif edib

    Gürcüstan Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyini təklif edib.

   “Report” xarici mediaya istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan vasitəçiliyə hazırdır:
  “Biz bunda maraqlıyıq. Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”, - o, bildirib.
13-09-2022, 11:04
Go back