DataLife Engine / Kamran Əliyev Nəsimi rayonunda vətəndaşları qəbul edəcək

Kamran Əliyev Nəsimi rayonunda vətəndaşları qəbul edəcək



  Baş prokuror Kamran Əliyev paytaxtın Nəsimi rayonunda vətəndaşları qəbul edəcəkşş
Bu barədə REAL-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
  Bildirilib ki, Baş prokuror Kamran Əliyev avqustun 9-da saat 10:00-da Nəsimi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək:
  "Vətəndaşlar qəbulla bağlı Nəsimi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər".
5-08-2024, 12:20
Go back