sedanews.az
sedanews.az

Ombudsmanın istefa xəbəri yayıldı - Rəsmi cavab

15-11-2019, 15:23 880 dəfə baxılıb

Ombudsmanın istefa xəbəri yayıldı - Rəsmi cavab




                Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazdığı barədə məlumat yayılıb.
Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a daxil olan məlumatda hətta onun yerinə təyin ediləcək şəxsin artıq müəyyənləşdirildiyi də qeyd edilib. İddiaya görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsinin müzakirə ediləcəyi, Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da vurğulanıb.
Məsələ ilə bağlı Ombudman Aparatının mətbuat xidmətinin əməkdaşı Sevinc Şənər Axar.az-a bildirib ki, Elmira Süleymanova istefa ərizəsi yazmayıb.
Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA