sedanews.az
sedanews.az

Prezidentin irad bildirdiyi məktəb sökülür

19-11-2019, 13:42 697 dəfə baxılıb

Prezidentin irad bildirdiyi məktəb sökülür






                Şamaxıdakı 2 saylı tam orta məktəbin zəlzələ zamanı qəzalı vəziyyətə düşən korpusu sökülür və orada yeni məktəb binası inşa ediləcək.
Bu barədə Axar.az-a sözügedən məktəbdən məlumat veriblər. Məktəbdən bildirilib ki, Prezident İlham Əliyevin məlum göstərişindən sonra işlərə başlanılıb.
“Məktəbin qəzalı vəziyyətdə olan üçmərtəbəli korpusu 1985-ci ildə inşa edilib. Hazırda binanın söküntüsü gedir. İşlər yekunlaşandan sonra yeni məktəb binası inşa ediləcək”, - məlumatda qeyd edilib.
Məktəbdən bildirilib ki, müəllim və şagird kollektivi müvəqqəti olaraq məktəbin digər korpusuna köçürülüb:
“Məktəbimizin digər korpusu 2005-ci ildə inşa edilib. Hazırda bütün müəllim və şagird kollektivi ikinövbəli şəkildə orada fəaliyyət göstərir. Heç bir problemimiz yoxdur”.
Xatırladaq ki, sözügedən məktəbin vəziyyəti ilə bağlı Prezident “ARB-Şəki” kanalında yayımlanan sujetdən sonra xəbər tutmuş və bununla bağlı göstəriş vermişdi. Ölkə başçısının məktəblə bağlı iradından sonra Baş nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Şamaxıya gedərək məktəbə baxış keçirmişdilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA