sedanews.az
sedanews.az

“İndi bunu kimə deyirsən, nə öz yerindədir ki, bu da öz yerində ola?”

11-12-2019, 16:29 726 dəfə baxılıb

“İndi bunu kimə deyirsən, nə öz yerindədir ki, bu da öz yerində ola?”


"İndi də telekanalların reklamı şadlıq saraylarından, həkimlərdən, süni mayalanmadan gəlir"
 

Hələ iki ay öncə Milli Televiziya və Radio Şurası (MTRŞ) süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına xəbərdarlıq etsə də, buna hələ ki, bu günə qədər məhəl qoyan yoxdur. Bu gün də özəl kanallarımızda adı çəkilən tibbi xidmətlər reklam edilir. 

Moderator.az-a açıqlamasında yazıçı İradə Tuncay bildirdi ki, televiziyalar Milli Televiziya və Radio Şurasının (MTRŞ) xəbərdarlığına məhəl qoymursa, onda bizim danışmağımız da hədərdi:

“Əgər bu gün  Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara xəbərdarlıq edirsə və əgər ortada nəticə yoxdursa, bu haqda bizim nəsə deməyimizin də heç bir mənası yoxdur. Bu gün televiziyalarımızda heç kimə məhəl qoyulmur. Əvvəl bu qədər reklam da yox idi. Bütün dünyada kütləvi informasiya vasitələrinin gəlir yeri reklamdı, yəni nə tiraj, nə də reytinq gəlir yeri deyil. Reytinqin nə qədər çoxdursa, o qədər də reklam təklifi alırsan. İndi də reklam şadlıq saraylarından, həkimlərdən, süni mayalanmadan gəlir. Əslində həkimlərin reklam olunması düzgün deyil, çünki bunun çox ağır fəsadları ola bilər. Amma indi bunu kimə deyirsən, nə öz yerindədir ki, bu da öz yerində ola?”.

Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 29.5-ci maddəsinin tələbinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA