sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin ad günüdür

24-12-2019, 10:45 805 dəfə baxılıb

Prezident İlham Əliyevin ad günüdür 




                Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.
Axar.az xatırladır ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan İlham Əliyev burada tarix elmləri namizədi elmi dərəcəsinə qədər yüksəlib.
1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada əvvəlcə vitse-prezident, daha sonra isə birinci vitse-prezident vəzifələrini icra edib. Buradakı fəaliyyəti dönəmində o, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal rol oynayıb.
İlham Əliyev Azərbaycanda idmanın inkişafında da mühüm rol oynayır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər təyin edilən Əliyev idmanın inkişafına xüsusi qayğı göstərməyə başlayır.
İki dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi çalışır. 2003-cü ilin yanvarında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilir. Elə həmin ilin avqustunda Baş nazir vəzifəsinə təyin edilir.
Baş nazir təyin olunmasından sonra onun deputat səlahiyyətlərinə xitam verilir. 2003-cü ilin 15 oktyabrında Azərbaycan Republikasının Prezidenti seçilir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verir.
İlham Əliyev 2008, 2013 və 2018-ci il prezident seçkisində yenidən xalqın etimadını qazanaraq prezident olur.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilən İlham Əliyevin üç övladı və dörd nəvəsi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA